Müharibədən lal-kar dönən Bəşir Səfəroğlu

61 Baxış

beshirqqqBəşir Səfər oğlu Səfərov (Səfəroğlu) 11 mart 1925-ci ildə Bakıda doğulub.

 Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşlarından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb.

Əli Bayramov klubunun nəzdində fəaliyyət göstərən dram dərnəyinə gedib. Dərnəyin rəhbəri Hüseynbala Zeynalov ona Cəfər Cabbarlının “Sevil” pyesində Gündüz rolunu tapşırıb. Bir müddət sonra isə o, Dənizçilərin Mədəniyyət Evində çıxış edib. Burada səhnəyə qoyulan “Ölülər” tamaşasında ifasını görən Musiqili Komediya Teatrının rejissoru Niyaz Şərifov onu teatrda işləməyə çağırıb.

1942-ci ildə Musiqili Komediya Teatrı fəaliyyətə başlayanda 17 yaşlı Bəşir Səfəroğlu teatrın aktyorlarından biri olub. Həyatının iki ili dəhşətli müharibə burulğanından keçəndən sonra vətənə lal-kar dönən Bəşir Səfəroğlu həyatda duruş gətirmək, ümidsizlik girdabından qurtulmaq üçün bu istəyə söykənib və nə yaxşı ki, onu anlaya bilib, səhnədən ayrılmasına yol verməyiblər.

Niyaz Şərifov bir həftədən artıq hər gün Musiqili Komediya Teatrının qarşısında dayanıb həsrət-həsrət bu binaya boylanan Bəşir Səfəroğlunu çəkib teatra gətirib. Ona yenə də Musiqili Komediya Teatrında yer verilib. Əvvəlcə tamaşaçı, sonra isə kütləvi səhnələrin aktyorlarından biri kimi. Çox keçməyib ki, teatr sevgisi möcüzə yaradıb. Yuxusunda səhnəyə yararsızlığını görüb bərk həyəcanlanan Bəşir Səfəroğlunun dili də, qulaqları da açılıb, yaratdığı səhnə möcüzələri də elə bundan sonra başlanıb.

Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları: Möhsün (“Beş manatlıq gəlin”, dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Səlyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov), Ohan yüzbaşı və Hacı Qara (“Xəsis”, Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi. Bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev), Kazbek (“Kəndimizin mahnısı”, dramaturq Kərim Kərimov, şeirlərin müəllifi Ənvər Əlibəyli və bəstəkar Zakir Bağırov), Şulu, Muxtar bəy (“Əlli yaşında cavan” və “Evliykən subay”, Zülfüqar bəy Hacıbəyov), Mir İsmayıl (“Qızıl axtaranlar”, Həsən Seyidbəyli və Tofiq Quliyev), Baləmi (“Rəisin arvadı”, Məhərrəm Əlizadə və Səid Rüstəmov), Qiya (“Tiflis nəğməsi”, Levon Cubabiriya və Şota Milorava), Əli Dinməzov (“Bir dəqiqə”, Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim (“Hacı Kərimin Aya səyahəti”, dramaturqlar Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və bəstəkar Azər Rzayev), Qoçu (“Keçmişin məişət səhnələri”,

 Bəşir Səfəroğlu 1965-ci ildə Tacikistan istehsalı olan “Xoca Nəsrəddinin 12 Qəbri” (1965, Mosfilm, Tacikfilm, rej: Klementi Mints) filmində baş rola çəkilib, “Bizə Bircə Xal Lazımdır” musiqili komediyasının librettosunu yazıb.

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.

Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna Azərbaycan Respublikasının əməkdar artisti, 25 iyun 1968-ci ildə xalq artisti fəxri adları verilib.

Bəşir Səfəroğlu 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.

 azens.az

Bölmə : Manşet, Teatr
KÖŞƏ YAZARLARI
TOP 10