“Mümkün filmə doğru”

44 Baxış

mumkun

Avqustun 18-i YAY Qalereyeasında Şezad Davudun “Mümkün filmə doğru” filmi nümayiş etdiriləcək. İngilis dilində olan film 20 dəqiqə müddətində davam edəcək. İstəyən hər kəs tədbirə qatıla bilər.

Şezad Davudun 20 dəqiqəlik canlı videosu uzaq gələcəyi və çoxdan unudulmuş keçmişdən xatirələri əks etdirərək əfsanəvi təmsilin qarabasmaya bənzər illüziyalarını canlandırır. Sanki başqa bir kainatdan gəlirmişlər kimi dalğalardan çıxan iki göy dərili kosmonavt qırmızı qayalı sahildə (cənubi Mərakeşdə Sidi-İfni şəhəri) görünür. Gur işığa alışmağa çalışan və yeni, qəribə mühitdə – tanış olmayan adamların arasında aramla addımlayan bu iki şəxs yerli sakinlərin onlara zillənən baxışlarına tuş gəlir. Qırmızı duman içində aşağı-yuxarı tullanan yerli sakinlər gəlmələri maraqla süzürlər. Bu gərgin mənzərə müstəmləkə tarixində təcrid olmuş sivilizasiyaların bir-biri ilə, eləcə də elmi-fantastik ədəbiyyatda yadplanetlilərlə ilk dəfə təmas etdiyi mühüm məqamları xatırladır. Fikir mübadiləsi deyil, kainatların toqquşması ilə nəticələnən ilk qarşılaşmaların təsiri (mənfi nəticəsi) süjet xətti inkişaf etdikcə dəyişir və görünən perspektivlərin təhrifinə səbəb olur. Müasir Mərakeşdə dirçəliş dövrünü yaşayan və qədim dövrə söykənsə də, mənşələri bilinməyən tamazit dilinin (köklərinin bir vaxtlar Meksika körfəzinədək yayılan Finikiya mədəniyyətinə aid olması təxmin edilir) bərbər dialektində qırıq-qırıq deyilən monoloq bu səhnəni daha da mürəkkəbləşdirir.

Qeyd edək ki, filmin nümayişi “Səmadan bir damla” adlı 3-cü Bakı Pablik Art Festivalının çərçivəsində təşkil olunur.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10