“Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları”

147 Baxış

bsu27-28 noyabr tarixlərində “Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları” beynəlxalq konfransı keçiriləcək. Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının təşkilatçılığı ilə baş tuacaq konfrans üçün mütəxəssis və aspirantlardan məruzə tezisləri, panel (bölmə) təkliflərini qəbul edilir.

Konfrans “Milli ədəbiyyat və mədəniyyət meyarları” layihəsinin davamı kimi nəzərdə tutulub.

Milli ədəbiyyatın necə və hansı əsərdən, ya mətndən başladığını, milli mədəni irsin və müasir milli (millətlərin) millətlərin ədəbiyyatının tarixinin hansı meyarlarla müəyyən olunduğu anlamadan milli ədəbiyyat və mədəniyyət anlayışını anlamaq çətindir. Artıq “oturuşmuş” terminlər sayılan millət (və milli kimlik), milli (və ya etnik) mədəniyyət, milli ədəbiyyat kimi anlayışlar ilk baxışda adi gəlsə də, bir çox sualları aşkar edirlər. Milli ədəbiyyatın başlanğıc məqamları və sərhədləri müasir, qədim və ya artıq tarixdə qalmış millətlərin sərhədləri ilə üst –üstə düşmür. Osmanlı İmperiyası, Qızıl Orda, Böyük Moğol dövləti, Rusiya İmperiyası, Ərəb Xilafəti, Sovet İttifaqı i bu ölkələr əvvəllər mövcud olmuş dövlətlər və dağılmış sərhədlərin bir hissəsidir. Həm dövlət, həm də və onun formalaşdırdığı və ya həmin ərazidə yaranmış mədəni irs varis dövlətlər arasında bölüşdürülməlidir. Millət və milli kimlik anlayışlarə və sərhədləri son iki on illiklər ərzində süqut edən dövlətlər kontekstində təkrar-təkrar gündəmə gəlsə də, qədim tarixin müasir millətlərin ədəbi və mədəni irsini necə paylaşması nadir hallarda nəzərdən keçirilir. Konfransın nəzərdən keçirilməsi nəzərdə tutulan dana bir problemi mühacirət, dissident və emiqrant ədəbiyatınin “milli kimliyidir”.
Bu problemləri araşdırmaq üçün aşağıdakı suallar ətrafında müzakirəyə çıxarılır:
• Milli ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarı nədir? Yəni milli kimliyin hansı komponenti əsas götürülməlidir? Dövlət prinsipi?? Müəllifin etnik mənsubiyyəti və ya doğulduğu-yaşadığı ölkə?
• Ədəbiyyat özü və mədəniyyətin milliliyi nədən başlayır ? Folklor, Epos? Klassik ədəbiyyat? Mətnin hansı dildə və ya əlifba ilə yazılması (məslən, Orxon-Yenisey yazıları hələ dekodlaşdırılana qədər daş kitabələr olduğundan kelt yazıları hesab olunurdu)?
• Dini kitab ədəbiyyat qisminə aid edilirmi?
• Milli ədəbiyyatın və milli mədəniyyətin konsepsiyası identifikasiyanın komponentlərinin dəyişməsi ilə necə dəyişmişdir?
• Dövlət ideologiyasının prinsipi: eyni mətni və ya müəllifi, eyni bədii irsi bir-neçə millət paylaşa bilərmi, ortaq irs ola bilərmi?
Konfransın işçi dilləri: Azərbaycan, rus və ingilis dilləri
Təsdiq olunmuş əsas məruzəçilər:
Qreqori Nagi, müqayisəli ədəbiyyat üzrə professor, Harvard universitetinin Yunan (Ellinistik) mədəniyyəti üzrə tədqiqatlar mərkəzinin direktoru. Məruzə: “Homerin əsərlərinin həyatı”.
Olqa Devidson- Müsəlman cəmiyyətləri və sivilizasiyaları üzrə elmi-tədqiqat institutunun professoru, Boston Universiteti. Mühazirə “Fordousinin əsərlərinin həyatı”
Stefaniya Sini- ədəbiyyat nəzəriyyəsi üzrə professor, University of Piemonte Orientale, Italy ,“Enthythema” Ədəbiyyat nəzəriyyəsi jurnalının baş redaktoru, İtaliya. Mühazirə “Dantenin əsərləri və italyan klassik eposu- dil, süjet, üslub- ilahilik və komiklik arasında
Xüsusi panelin AMEA Nizami adın Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi və Gürcüstan Müqayisəli Ədəbiyyatşünaslıq Assosiasiyası (GCLA) tərəfindən Nizami Gəncəvinin və Şota Rustavelinin epik əsərlərinə həsr olunmuş xüsusi panelin təşkili nəzərdə tutulub.
Dəyirmi masa – Professor İrakli Kençoşvilinin (Gürcüstan) XVIII əsrdə gürcü əlfbası ilə yazılmış Azərbaycan mahnılarının mətnlərinə həsr olunmuş məruzəsi ilə, həmin məruzə əsasında milli ədəbiyyatın dili və əlifbası məsələsi üzrə xüsusi “dəyirmi masa” nəzərdə tutulmuşdur.

Tezislərin son təqdimat tarixi: 15 sentyabr 2015 –ci il
Qəbul olunma haqqında bildiriş: 25 sentyabr 2015-ci il
Konfransın İddiaçılar 100-150 sözə qədər olan məruzə tezislərini və müvafiq informasiyanı (məruzənin adı, qısa CV, dəyirmi masanın və ya bölmənin adı, işlədiyi yer, e-mail) 2015-ci il Sentyabrın 15 -dək aşağıdakı e-mail ünvanına təqdim edə bilərlər: rahilya_g@hotmail.com

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10