Murad Dadaşovla görüş keçiriləcək

49 Baxış

dadasSentyabrın 11-i, YARAT Mərkəzində şoumen, aktyor Murad Dadaşov ilə görüş keçiriləcək. Görüşdə mərkəzdə nümayiş etdirilən ekspozisiyaların müzakirəsi baş tutacaq.

Murad Dadaşovun iştirakı ilə keçiriləcək tədbirdə iştirakçılar müasir incəsənət haqqında yeni məlumatlar əldə edə biləcəklər.

Qeyd edək ki, YARAT Mərkəzi öz daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni platforma təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10