Musa Urud Hədəf STEM Liseyinin qonağı oldu

3 Baxış

ca39ebad-109e-4197-a744-8078fa9605e6

 

Hədəf STEM Liseyində millət vəkili, şair, tibb elmləri namizədi Musa Urudla görüş keçirilib.

Senet.az məlumat verir ki, tədbiri liseyin 8-ci sinif şagirdləri açaraq, Musa Urudun həyat və yaradıcılığı barəsində iştirakçılara slayd şou təqdim ediblər. Bu slayd şou vasitəsilə Musa Urudun keçdiyi ömür yolu, onun yaradıcılıq nümunələri haqqında onlara geniş məlumat verilib.

Daha sonra liseyin müxtəlif yaş qrupları üzrə şagirdləri Musa Urudun şeirlərini səsləndiriblər.

Musa Urud çıxış edərək şagirdlərə təhsil həyatlarında uğurlar arzu edib. “Bu gün sizlərlə görüşümüzdən çox məmnun qaldım. Sizin kimi gələcəyi parlaq şagirdləri görmək məni sevindirir. Sevinirəm ki, Azərbaycan dövlətini əmanət edə biləcəyimiz sizin kimi gənclər var”.

Daha sonra millət vəkilinin dostu Aydın Heydərov da çıxış edərək Musa Urud barəsində fikirlərini bölüşüb.

Sonda çıxış üçün söz Hədəf STEM Liseyinin direktoru Şəmil Sadiqə verdi. O, da öz növbəsində lisey kollektivi adından Musa Uruda öz təşəkkürlərini bildiridi: “İlk olaraq Musa müəllimə təklifimizi qəbul edib gəldiyi üçün öz minnətdarlığımı bildirirəm. İnanıram ki, onun çıxışı, dediyi hər bir söz bizim şagirdlərimiz üçün əsl öyüd-nəsihət olacaq”.

Sonda Musa Urud tədbirdə fərqlənən şagirdlərə kitabını hədiyyə etdi. Şairlə xatirə şəkli çəkildi.