Musa Yaqub “Məşhurlarla görüş”də

7 Baxış

98804_0wqeut9s18

Noyabrın 2-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialında “Məşhurlarla görüş” silsiləsinin budəfəki qonağı görkəmli şair Musa Yaqub olub.

Görüşdə Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova şairin həyat və yaradıcılığından söhbət açıb. Tədbirdə baş idarənin əməkdaşı Sücayət Piriyeva, Səbail MKS-nin 1 nömrəli filialının direktoru Gülşən Abbasova və başqaları şairin sevilən poeziyası haqqında məlumat veriblər.

Musa Yaqub tədbir iştirakçılarının suallarını cavablandırıb, öz şeirlərini oxuyub, oxucularla xatirə şəkilləri çəkdirib. Şair kitabxananın “Xatirə” kitabına ürək sözlərini yazıb.

KÖŞƏ YAZARLARI
TOP 10