Müşfiq Muğanlının “Ruhum sənin nəfəsindir” kitabı çap olunub

88 Baxış

muganliŞair Müşfiq Muğanlının sayca 5-ci – “Ruhum sənin nəfəsindir” kitabı çap olunub. Kitabda müəllifin 1998-ci ildən bu günə qədər yazdığı şeirləri yer alıb. “Ruhum sənin nəfəsindir” şeirlər toplusunda oxucular şairin Allah eşqi, Vətənə, el-obaya sədaqət, valideynə, ailəyə hörmət, dünya, həyat, ölüm, fəlsəfi düşüncələr və “Quran” ayələrinə istinadən yazdığı yeni şeirlərlə tanış ola biləcəklər.

Bununla yanaşı kitaba Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş “Müqəddəs Mübarizim” poemasından parça və “Mənim ölümüm” poeması daxil edilib. “Ruhum sənin nəfəsindir” kitabının məsləhətçisi isə Xalq şairi Zəlimxan Yaqub, rəssamı Gündüz Ağayevdir. Müşfiq Muğanlı 4 mart 1979-cu ildə Biləsuvar rayonunda anadan olub. Şeirləri 1998-ci ildən dövri mətbuatda çap olunur. Dörd şeir kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Ailəlidir, iki övladı var.

Qeyd edək ki, aprel ayının 25-i, saat 16:00-da “Ruhum sənin nəfəsindir” kitabının və şeir diskinin təqdimat mərasimi keçiriləcək. “Əli və Nino” kitab mağazalar şəbəkəsində (Park Bulvar AVM) baş tutacaq tədbirdə KİV nümayəndələri, ictimai-siyasi xadimlər, şairin qələm dostların iştirakı edəcək. Tədbirin sonunda Müşfiq Muğanlı oxucuları üçün kitablarını imzalayacaq.

Bölmə : Əlfəcin
KÖŞƏ YAZARLARI
TOP 10