Müşfiq XAN. Dayanacaq – HEKAYƏ

92 Baxış

musfiq-xan-sergi

Allah bütün şəhidlərimizi qorusun…

Onun qisas hissi heç vaxt sönmədi, gecə-gündüz közərərək yenidən alışdı

Və onu sevimli ailəsindən alıb ölümün ağuşuna atdı

Avtobus ləngər vura-vura dayanacağa yaxınlaşdı. Elə dayanan anda da mühərrikin uğultulu səsi kəsildi. Sonuncu dayanacaqdı. İçəridəki 3-5 nəfər sərnişin də ağır-ağır ön qapıya yaxınlaşıb gediş haqqınıödəyəndən sonra dağılışıb getdilər. Rayon avtobusunun sürücüsü həvəslə yerə enib tələsik özünü dayanacağın on-on beş addımlığında olan kafeyə yetirdi. Gün ərzində tərini silməkdən duzlaşmış köhnə, rəngi ağarmış cib dəsmalını soyuq suyun altında isladaraq üstü tozlu plastmas stullardan birinəçökdü. Stul adamın ağırlığından sanki bu dəqiqə parça-parça olacaqdı.

Rayonun köhnə sovetdənqalma “Alabaş” avtobusunda sürücü işləyən bu adam ömrünün otuz ildən çoxunu sevimli peşəsinə sərf eləmişdi. Onun üçün dəyişən heç nə yox idi… Yorğun və qayğılı insanlar, köhnə rayon küçələri, hər il yazqabağı ucuz əhənglə ağardılmış damlar, bacalar. Amma yenə hər şey köhnə, solğun görünürdü. İnsanların əqidəsi də, şüuru da köhnəlmişdi bu yerlərdə. Sanki hamı taleyi ilə razılaşmış, bir tikəçörəyini yeyib şükür edərək ömrünün sonuna qədər olan saatları, dəqiqələri, saniyələri saymaqla məşğul idilər. Və onlar üçün fərqi yox idi ki, bu gün ayın neçəsidir, yaxud neçənci ildir, hansı aydır. İstər iyirmi il əvvəl olsun, istərsə də, iyirmi il sonra. Nə fərq edərdi ki, bu insanlar üçün?! Elə onların yaşadıqları bu dünyanın çox-çox uzaqlarında – Amerika, Avropa deyilən yerlərdə siyasətçilərin, ölkə başçılarının, orduların apardıqları mübarizələrdən, savaşlardan uzaq idi bu üzüqara, qəlbi ümidsizliklə dolu, simasında iztirab vəəzabdan təcəssüm edən insanlar. Heç kimi qınamırdılar, qınaya bilmirdilər…

***

“Alabaş” hələ də bayaq dayandığı yerdən tərpənməyib özünü günə verirdi. İndi, lap istinin, hərarətin həsrətini çəkən adamlar kimi idi. İçəridə isə onu narahat edə biləcək cəmi bir sərnişin var idi – həmin gənc adam. Bir az əvvəl fikirli halda gəlib lap arxa sırada olan oturacaqlardan birində oturmuşdu. Gənc, sürücünün hələ də gəlmədiyini, kafedə oturub sərinlədiyini görüncə yerini bir az rahatlamağa çalışdı. Yarıya qədər cırılıb sıradan çıxmış oturacağın dərifason parçasını altına çəkdi. Qayğılı halda başını qarşı tərəfdəki oturacağın arxalığına söykəyib gözləyirdi. Nəüçün gözlədiyinin fərqinə vara bilmirdi. Oturacaq onun arıq yanını elə narahat edirdi ki, heç nə düşünə bilmirdi.

Amma deyəsən “Alabaş” daha bu gəncin onun qonağı olmasından narahat deyildi. Onu öz içindəürəyi alovlanan, hirsi, hikkəsi nəinki bütün bu yerləri, dünyanın çox-çox uzaqlarında olan həmin Amerikanı, Avropanı və tanımadığı bütün yerləri öz qəzəbinə düçar etməyə yetən bir övladı kimi hiss etməyə başlayırdı. Tanımadığı bütün yerləri…

“Alabaş” heç həmin yerlərin adını da eşitməmişdi. Oralara necə gedib çıxa bilərdi?! Bəs bu gənc adam necə? “Alabaş” kövrəlmişdi. Bu oğlan ona tanış idi. Xatırlamağa çalışırdı, yavaş-yavaş yadına düşürdü…

… 19 il əvvəl… Bu oğlanın qardaşı Qarabağda şəhid olanda o lap balaca idi. Məktəbdə oxuyurdu – beşinci sinifdə. O vaxt dərsdən qaçıb elə bu avtobusla Füzuliyə getmək üçün sürücüyə nə qədər yalvarmışdı!.. Elə onda da indiki kimi avtobusda tək oturub sürücünün gəlməyini gözləmişdi. Sürücü də elə bugünkü adam idi. Heç nə dəyişməmişdi…

Amma indiki kimi nagüman deyildi. Həmin gün sürücü məktəbli oğlanın başını sığallayıb “bala get dərslərini oxu, vaxtı gələndə sən də gedəcəksən”, – deyib onu “Alabaş”dan ayırmışdı. Bəli, bu həmin oğlan idi. 19 il keçmişdi. 30 yaşında, ali təhsilli, hərbi xidmətini 9 il əvvəl başa vurmuş və elm sahəsindəçalışan, çoxlu yetirmələri, nailiyyətləri olan və 19 il əvvəl müharibədə qardaşını itirən beşinci sinifdə oxuyan həmin oğlan.

“Alabaş” indi onu öz köksünə daha möhkəm-möhkəm çəkib qoxulayır, övladı kimi əzizləyirdi. Ondoqquz illik hamiləlikdən sonra dünyaya gətirdiyi özü kimi dəmirürəkli övladı da indi onu yaxşı xatırlayırdı. “Alabaş” gənc oğlunu gördükcə yaşlıçağında daha da həvəslənir, baxdıqca ürəyi dağa dönürdü. Lap cavan vaxtlarında olduğu kimi hamilə qalıb belə qorxmaz övladlar gətirmək istəyirdi dünyaya. Çox, lap çox…

Süküt pozuldu. Gələn sürücü idi, nəhayət ki, qayıtmışdı.

– Vaxtı gəldi əmi…– gənc oturduğu yerdən qalxıb sükan arxasına əyləşən sürücüyə yaxınlaşıb gözlərini ona zilləyib təkcə bunu deyə bildi…

***

… “Alabaş” yolboyu bayaqkından daha dinməz, mat-məəttəl övladına baxır, nə isə düşünürdü. Sürücü isə oğlanın bir az əvvəl dediyi sözü anlamamış, bəlkə də qəribçiliyə salmış, fikir verməmişdi. İndi daha çox musiqi sədalarına köklənərək tələsmədən yoluna davam edirdi. Gəncin hara getdiyini, niyə getdiyini indi yalnız özü bilirdi. Və bir də səhərə qədər dua etdiyi Allahı.

…Amma çox keçməyəcəkdi və elə bəlkə də bu gün, evdə qoyub gəldiyi iki fidan balası, həyat yoldaşı və bütün tanıdıqları onun qisas almaq üçün düşmən tərəfinə keçdiyini öyrənəcəkdi. Qoyun cibində gəzdirdiyi dəftərçəsini çıxardıb yarımçıq qalan əlyazmasında nə isə qeyd elədi.

Səhifənin əvvəlində“ölümləüz-üzə” sözləri oxunurdu…

KÖŞƏ YAZARLARI
TOP 10