GYOK-da Müşfiq XANla görüş keçirildi

37 Baxış


11055298_372974382888561_1328871189534536235_nAprelin 26-da Gənc Yazarlar və Oxucular Klubunda (GYOK) yazıçı Müşfiq XANla görüş keçirilib. Görüşdə yazıçının “Milanaya məktub” romanı müzakirə olunub. Bununla yanaşı Müşfiq XAN oxucuların digər əsərləri barəsində maraqlandıqları sualları da cavablandırıb. Müəllif detektiv roman yazma üsullarından, detektiv əsər yazan müəllifin mütləq məntiqi təfəkkürə sahib olmasının vacibliyindən danışıb. O, gələcəkdə yazıçı olmaq istəyən gənclərə məsləhətlər verib.

Tədbir zamanı xanım oxucular “Ümidlərin izi ilə” romanındakı Aytəkin obrazının faciəsindən təsirləndiklərini bildiriblər.

Müşfiq XAN “Qatil üçün nekroloq” romanı barəsində sualları cavablandırarkən, ən çox bu romana vaxt sərf etdiyini deyib. Yeni nəşr olunmuş “O2” adlı şeirlər kitabını GYOK-a hədiyyə edən müəllif  tədbir iştirakçıları üçün kitablarını imzalayıb. Sonda xatirə fotosu çəkilib.

Senet.az-a açıqlamasında GYOK-un təssisçisi Nicat Həşimzadə Müşfiq XANla oxucuların görüşünü belə qiymətləndirib: “Bu gün Müşfiq XAN GYOK-un qonağı oldu. Oxucular ən çox “Milanaya məktub” kitabının adının necə seçilməsi ilə maraqlanıb, əsərin ifadə etdiyi fikirlər, həmçinin sujetlə bağlı suallar veriblər. Müşfiq müəllim kitablarını GYOK-un kitabxanasına hədiyyə edib. Yaxın zamanlarda bütün kitabları bizim kitabxanamıza əlavə olunacaq. Onu da qeyd edim ki, “XAN” Nəşriyyatı hər zaman GYOK-a dəstək olub. Bir naşir olaraq Müşfiq XAN həmişə Azərbaycan ədəbiyyatına xidmət göstərir”.

 

 

KÖŞƏ YAZARLARI
TOP 10