Müşfiq XANın “5.45” adlı yeni kitabının imza günü keçiriləcək

27 Baxış

5.4523 aprel, saat 12:00-də, Nəsimi rayonunda yerləşən Zorge parkında keçiriləcək Oxu Günündə Müşfiq XANın yeni çap olunmuş “5.45” adlı kitabın təqdimatı və imza günü keçiriləcək. Müəllifin işıq üzü görən sayca 10-cu bədii kitabı olan “5.45”-də ayrı-ayrı zamanlarda qələmə aldığı 15 hekayəsi toplanmışdır.

Qeyd edək ki, “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə” (həmmüəllif), “Sonuncu hədiyyə”, “U geni”, “Yataqdakı qatil”, “Yolka işığında qətl”, “Qatil üçün nekroloq” və “Milanaya məktub” detektiv romanlarından sonra “5.45” detektiv janrda olmayan ilk nəsr kitabıdır.

Yeni kitabda müəllifin müraciət etdiyi əsas mövzu müharibə və sevgi süjetləri üzərində köklənib.

Kitabın redaktoru Xanəmir Telmanoğludur.