IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində detektiv yazıçı Müşfiq XANın imza mərasimi keçirilib.
Mərasim sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Tədbirdə oxucular Müşfiq XANın “Tənha Canavar” , “Qatil üçün nekroloq” , “Milanaya məktub” detektiv kitablarını, həmçinin “O2” şeirlər kitabını imzaladıblar.
Sonda müəllif oxuculara tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirib, xatirə fotosu çəkdirib.