Müşfiq XANın “O2″ şeirlər kitabı çap olunub

74 Baxış

o2Detektiv yazıçı Müşfiq XANın “O2” adlı şeirlər kitabı işıq üzü görüb. “XAN” nəşrlərində çap olunan kitabda müəllifin son illərdə yazdığı şeirlər, esselər və pritçalar toplanılıb. “O2” kitabı Müşfiq XANın sayca 9-cu bədii, 2-ci şeirlər kitabıdır.

Qeyd edək ki, mayın 2-si saat 16:00-da Kitabevim.az mağazalar şəbəkəsində kitabın təqdimetmə və imza mərasimi keçiriləcək.

Müşfiq XAN Biləsuvar rayonunda anadan olub. BDU-nun biologiya fakültəsində bakalavr, NDU-da magistr, AMEA-da aspiranturanı bitirib. Detektiv janrda qələmə alınan “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə” (həmmüəllif), “Sonuncu hədiyyə”, “U geni”, “Yataqdakı qatil”, “Yolka işığında qətl”, “Qatil üçün nekroloq” və “Milanaya məktub” romanlarının müəllifidir. “O” (2012) adlı şeir, pritça və esselər toplusundan sonra, “O2” müəllifin ikinci şeir kitabıdır.

Hazırda www.Senet.az dərgisində həftəlik yayımlanan “Rəqib” adlı yeni əsəri üzərində çalışır. Həmçinin “5.45” və “Evtanaziya” adlı esse və hekayələr kitablarını çapa hazırlayır.

Bədii yaradıcılıqla yanaşı 20-yə yaxın metodik və dərs vəsaitlərinin, ixtisası üzrə 30-dan çox elmi məqalənin müəllifidir.

 

Bölmə : Əlfəcin
KÖŞƏ YAZARLARI
TOP 10