Musiqi ağrıları azaldır – ARAŞDIRMA

59 Baxış

lissen

Böyük Britaniyanın Queen Mary Universitetinin alimlərinin araşdırmasına görə cərrahiyyə əməliyyatının əvvəlində və sonrasında musiqi dinləyən xəstələrin ağrısı az olur və əməliyyatdan sonrakı müalicə dövrü daha asan keçir.

Senet.az xəbər verir ki, elm adamları 7 mindən çox xəstənin məlumatlarını toplayaraq, onlara musiqinin təsirini qiymətləndiriblər.

Əməliyyat zamanı, əvvəlində və sonrasında musiqi dinləmənin ağrıların yüngülləşməsini və xəstəyə daha az ağrıkəsici verilməsini müəyyən ediblər. Bundan əlavə, musiqinin əməliyyat sonrasındakı narahatlığı da azaltdığı aşkarlanıb.

Musiqinin ağrı və narahatlığı azalda bilən sərfəli və etibarlı bir vasitə olduğunu vurğulayan elm adamları, qeysəriyyə və histeroskopiya müşahidəsi zamanı qadınların istədikləri musiqini seçib qulaqcıqla dinləməsinin təsirlərini müəyyən etmək üçün London Kral Xəstəxanasında pilot araşdırma aparıblar.

Araşdırmanın nəticələri “Lancet” jurnalında dərc olunub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10