Musiqi mədəniyyətində yeni “poetik ifadə” və Bob Dilan

7 Baxış

bob_dylan_0

 2016 Nobel Ədəbiyyat Mükafatına sürpriz qərarla Bob Dilan layiq görüldü. Bob Dilanın Nobel Ədəbiyyat Mükafatına namizədlər arasında adı yox idi. O, Amerika musiqi mədəniyyətində yeni “poetik ifadə” yaratdığı üçün mükafata sahib oldu. Eyni zamanda 927 min dolları da əldə etdi.

Bəs Bob Dilan kimdir?

Robert Allen Zimmerman səhnədə Bob Dilan təxəllüsü ilə tanınmışdır. O, 24 may 1941-ci ildə Minnesotada anadan olmuşdur. Abram Zimmerman və Beatrice “Beatty” Stone-ın oğlu idi. Bob Dilan eyni əyalətin Hibbing şəhərində böyümüşdür.

Onun babası Zigman Zimmerman və nənəsi Anna Zimmerman əslən Türkiyənin Kağızman bölgəsindəndir.

Amerikalı müğənni Bob Dilan yazdığı kitabında atalarının Türk olduğunu ifadə etmişdir. Həyatının 40 illik karyerasını qələmə aldığı 3 silsiləlik kitabın ilk cildində nənəsinin Trabzonlu olduğu və Qırğız soyadı daşıdığını yazmışdır. O nənəsindən söz edərkən deyirdi ki, “nənəmin simasında həmişə bir ümidsizlik var idi”. Onun çətin həyat yolu olmuşdur.

10 yaşında gitarada ifa edən Dilan, eyni zamanda pianino dərsləri almağa başlamışdı. O, Greenwich Village-də səhnəyə çıxdığı vaxtlardan Bob Dilan təxəllüsü ilə tanındı.

Bob Dilan 20-ci əsrin ən nüfuzlu nəğməkar müğənnilərindən biridir. O karyerasına 1960-cı illərdə müharibə və vətəndaş hüququ kimi sosial məsələləri mahnılarında canlandırırdı. Bob Dilanın musiqilərində müharibənin mənasızlığından, ədalətsizlikdən, sevgidən bəhs edirdi.

2016 Nobel Ədəbiyyat Mükafatına “Bob Dilanın nəyə görə layiq görüldü! və “həqiqətəndə layiqdirmi” kimi suallara İsvec Nobel Akademiyasının Daimi Katibəsi Sara Daniuz belə demişdi: “Əlbəttə, layiq idi. Ona görə də mükafatın sahibi oldu”.

Sara Daniuz, həmçinin, açıqlamasında bildirmişdir ki, Bob Dilan İngilis yazı ənənəsinin böyük şairidir. 54 ildir həmişə yeni-yeni əsərlər təqdim edir. Misal üçün 1996-cı ildə “Blonde on Blonde” albomunu dinləməyə başladığınız zaman çox fərqli orjinallığın olduğunu hiss edəcəksiniz”.

Bob Dilanın 1962-ci ildən indiyə qədər 69 albomu vardır. Dilan bu günə qədər 11 Grammy ilə “Things Have Changed” adlı musiqisi ilə Oskar mükafatı vardır.

Dünya mətbuatında çox müzakirə edilən bir məsələ də Dilanın mükafatı qəbul edib, etməyəcəyi ilə bağlı idi. Bob Dilan, mükafatı qəbul etməyəcəyi ilə bağlı müzakirələrə son söz olaraq bunu demişdi: “Əgər getmək imkanım olarsa Nobel Mükafatı Mərasiminə gedəcəyəm”. Nobel komitəsi Dilanın bu cür rəftarını “kobud və təkəbbürlü” olaraq dəyərləndirmişdi…

Mənbə: Ustad jurnalı

KÖŞƏ YAZARLARI
TOP 10