Musiqili Teatr oktyabr ayı üçün repertuarını açıqlayıb

48 Baxış

qafqazliAzərbaycan Dövlət Musiqili Teatrı oktyabr ayı üçün repertuarını açıqlayıb.

Senet.az xəbər verir ki, oktyabrın 3-də R.Mirişli və M.Haqverdiyevin “Qısqanc ürəklər”, 4-də R.Hacıyevin “Qafqazlı qardaşqızı” (rus dilində), 16-da O.Kazımi və R.Heydərin “Qızıl toy”, 17-də Q.X.Andersonun “Düyməcik” (rus dilində), F.Sücəddinov və T.Vəliyevanın “Mən dəyərəm min cavana”, 18-də O.Zülfüqarov və R.Heydərin “Dəcəl çəpişlər”, Ü.Hacıbəylinin “O olmasın, bu olsun” səhnə əsərləri təqdim olunacaq.

Tamaşaçılar oktyabrın 25-də Ü.Hacıbəylinin “Ər və arvad”, 30-da R.Hacıyevin “Qafqazlı qardaşqızı” (rus dilində), 31-də isə O.Zülfüqarov və R.Heydərin “Dəcəl çəpişlər”, Ə.Haqverdiyevin “Kimdir müqəssir?” tamaşalarına baxa biləcəklər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10