Musiqili Teatr Yeni İl şənliklərinə start verdi

41 Baxış

ShaxtaAzərbaycan Dövlət Musiqili Teatrı bu gündən etibarən Yeni İl şənliklərinə start verib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Senet.az-a açıqlamasında bildirib ki, Dövlət Musiqili Teatrında “Yeni İl” şənliklərinin 24 dekabr 2015-ci il tarixindən 6 yanvar 2016-cı il tarixinə qədər davam etməsi planlaşdırılır.

Hər gün dörd senasın keçirilməsi nəzərdə tutulur. Seanslar saat 10:30, 12:30, 14:30 və 16:30- da baş tutacaq. Tamaşaçıları Azərbaycan Dövlət Musiqili Teatrında bu il tam fərqli, bir çox yenilik və sürprizlərlə zəngin olan əsl bayram şousu gözləyir. Balaca tamaşaçlar “Yeni İl” şənliklərində bir sıra maraqlı məqamlarla qarşılaşacaq, müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əylənə biləcəklər. Şaxtababa və Qarqız onlar üçün gözəl, sürpriz dolu hədiyyələr hazırlayıb. 
Balacaların öz sevimli personajlarıyla canlı ünsiyyətdə olacağı nağıl-tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Mehman Fərəcova məxsusdur. 
Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2016-cı il – Yeni İl Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir və hər kəsi yeni ili birlikdə qarşılamağa dəvət eləyir.
Teatrın təşkil etdiyi “Yeni İl” şənliklərində iştirak etmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə edə bilərlər. 

Bölmə : Sənət xəbər