Musiqili Teatrda “999-cu gecə”

8 Baxış

1508765523332369056_1000x669

Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq Artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun əbədiyaşar musiqisi və “Min bir gecə” nağılının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası nümayiş etdirilib.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadın iştirakı ilə təqdim olunan tamaşa uğurla keçib. Onun canlandırdığı Şah obrazı tamaşaçıların marağına və rəğbətinə səbəb olub. Səhnə əsərindən böyük zövq alan tamaşaçılar Camal Saqinejad başda olmaqla yaradıcı heyəti dəfələrlə alqışlayıblar.

Tamaşanın quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu-dirijoru Əməkdar İncəsənət

Xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşovdur. Tamaşanın konsertmeysteri Fidan Babayevadır.

Səhnə əsərində rolları Camal Saqinejadla yanaşı, teatrın istedadlı aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili və başqaları ifa ediblər.

İkinci tamaşa gününün sonunda səhnəyə çıxan Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Musiqili Teatrla İran İslam Respublikası, xüsusilə də Təbriz Teatrı arasındakı mədəni əlaqələrdən, müştərək layihələrdən danışıb: “Bu layihələr dövlətlərimiz arasında mədəni əlaqələrin inkişafında böyük əhəmiyyətə malikdir. Bütün zamanlarda mədəniyyətlərarası dialoq xalqların, millətlərin və dövlətlərin yaxınlaşmasına, dostluğun, mehribanlığın, sülhün inkişafına xidmət edib. İnanıram ki, müştərək layihələrimiz bundan sonra da olacaq, əlaqələrimiz daha da genişlənəcək”.

Gülüş ustası, məşhur komediya aktyoru, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn son zamanlar Azərbaycanla İran arasında mədəni əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib. O, rəhbərlik etdiyi Təbriz Teatrı ilə Musiqili Teatrın birgə hazırladığı “Bəxtəvər” komediyasını xatırladıb: “Ötən Novruz bayramında təqdim etdiyimiz “Bəxtəvər” tamaşası sizin yerli tamaşaçılarla yanaşı, İrandan gələn turistlər tərəfindən də böyük maraqla qarşılanıb”.

Tədbirin sonunda Təbriz Teatrının aktyoru Camal Saqinejad “999-cu gecə” tamaşasında uğurlu

çıxışına görə Azərbaycan Dövlət Musiqili Teatrının xüsusi diplomu ilə təltif olunub.

KÖŞƏ YAZARLARI
TOP 10