Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi anılıb

3 Baxış

gulnar salmanova (1)

Gülnar Salmanova

Azərbaycan Dövlət Musiqili Teatrında mərhum aktrisa, Respublikanın Əməkdar artisti Gülnar Salmanovanın xatirəsi yad olunub.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Senet.az saytına bildirib ki, Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasının növbəti nümayişi Gülnar xanım Salmanovanın 60 illiyinə həsr olunub.

Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova G. Salmanovanın həyat və yaradıcılığı haqqında çıxış edib. V. Mühacirova aktrisanın canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, Gülnar xanımın özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb. “Əslində, “Baladadaşın toy hamamı” tamaşasında Şəfiqə obrazını Gülnar xanım canlandırmalıydı. Çox təəssüf ki, vaxtsız ölüm buna imkan vermədi. “Baladadaşın toy hamamı” tamaşasının bugünkü nümayişinin Gülnar xanım Salmanovanın 60 illiyinə həsr olunmasının səbəbi də məhz budur

 

Bölmə : Konfrans, Teatr