Musiqili Teatrda həftə sonu 6 tamaşa olacaq

46 Baxış

musiqili teatr

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə 4 gün ərzində 6 tamaşa nümayiş olunacaq.

Bu barədə Senet.az-a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumat verib. Məlumatda deyilir ki, 26, 27, 28, 29 noyabr tarixlərində saat 12.00, 16.00 və 19.00-da “Qafqazlı qardaşqızı”, “Fransızsayağı qarnir” , “Bir dayan, canavar!” , “www.ferzeli-kef.com” , “Yatmış gözəl və cırtdanlar” və “O olmasın, bu olsun” tamaşaları təqdim olunacaq.

Tamaşaçılar 4 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Şövqi Hüseynov, Ələkbər Əliyev, Boris Qrafkin, Əkbər Əlizadə, Çingiz Əhmədov, aktyorlar Elçin İmanov, Marina Litvinenko, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Şaban Cəfərov, Gülnarə Əzizova, Nadir Xasıyev, Yulia Heydərova, Rauf Babayev, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Aydan Həsənova, Nicat Həbibov, Fatma Əhmədova, Elməddin Dadaşov, Nigar Qarayeva, Məhərrəm Qurbanov, Nadejda Povelitsina, Ağaxan Şərifov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 26 noyabr saat 19.00-da R. Hacıyevin “Qafqazlı qardaşqızı”, 27 noyabr saat 19.00-da A. Kamolettinin “Fransızsayağı qarnir” əsərləri böyüklər üçün, 28 noyabr saat 12.00-da R. Ağayeva, A. Kurlyanski, A. Xaytın “Bir dayan, canavar!” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Balaca tamaşaçılar həmçinin 29 noyabr saat 12.00-da Ş. Peronun (A. Sadıqovun tərcüməsində) “Yatmış gözəl və cırtdanlar” tamaşasını Azərbaycan dilində izləyə biləcəklər.

Azərbaycan Dövlət Musiqili Teatrı yaşından asılı olmayaraq həftəni xoş ovqatla başa vurmaq istəyində olan hər kəsi bu bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə edə bilərlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər