Musiqili Teatrda yeni təyinat

59 Baxış

musiqili_teatrAzərbaycan Dövlət Musiqili Teatrında keçirilən “Gənclər nə istəyir?” mövzusundakı toplantıda teatrın gənc əməkdaşları bir sıra təklif və təşəbbüslərlə çıxış ediblər.

Senet.az xəbər verir ki, onların arzu və təkliflərini nəzərə alan Dövlət Musiqili Teatrının rəhbərliyi məhz gənclərin daha effektli yaradıcı fəaliyyəti ilə məşğul olmasını təmin etmək üçün Yaradıcılıq Studiyasının yaradılmasına qərar verib.

Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev hər zaman istedadlı gənclər üçün şərait yaratmağa, onlara dəstək olmağa hazır olduğunu bildirib. “Biz bu addımı milli teatr mədəniyyətinin inkişafını təmin etmək, gənclərdə musiqili teatra marağı daha da artırmaq, müasir və milli səhnə sənətinin hərtərəfli inkişafını istiqamətləndirmək məqsədilə atdıq. İstəyimiz kollektivimizin gənc üzvləri ilə yanaşı, musiqili teatr sənəti sahəsində təhsil alan xoreoqrafiya, vokal, aktyorluq və ifaçılıq sahəsində xüsusi bacarığı olan istedadlı gənclərin yaradıcılığına dəstək olmaq, novator səhnə formalarını tətbiq etmək, habelə gənclərin musiqili teatr janrındakı yaradıcılığına keyfiyyətli zəmin yaratmaqdır”, – deyə Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, Əməkdar İncəsənət Xadimi, tanınmış rejissor Əsgər Əsgərov teatrının nəzdində yaradılan Yaradıcılıq Studiyasının rəhbəri təyin olunub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10