Musiqili Teatrın “2015-ci kvartal”ı

14 Baxış

musiqili teatr

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. Bu barədə Senet.az-a açıqlamasında  teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumat verib. O, yeni tamaşanın İlqar Fəhminin “2015-ci kvartal” əsəri əsasında hazırlandığını bildirib.

Yaradıcı heyyəti əsasən gənclərdən ibarət olan bu tamaşanın quruluşçu-rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir. Onlar bu tamaşa ilə Musiqili Teatrda rejissor kimi debüt edəcəklər . Anar Sadıqov tamaşa haqqında bunları deyib: “İnsanların mənəvi aşınması, cəmiyyətdə təmiz və köməksiz insanların iç dünyası, köhnə Bakı haqqında nostalji hisslər və əzəmətli yeni Bakı haqqında düşüncələr tamaşanın leytmotivini təşkil edir. Səhnə əsərinin “2015-ci kvartal” adlandırılması da təsadüfi deyil. Hamı inanır ki, 2015-ci il böyük layihələrlə, yeniliklərlə yadda qalacaq. Təqribən bir aydan sonra start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun əyani subutudur”

Qeyd edək ki, tamaşanın quruluşçu-rəssamı Elgün Vəliyev, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.
Tamaşada Gültac Əlili, Əliməmməd Novruzov, Emil Heydərov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Nicat Əli, Fərid Rzayev, Nərmin Əliyeva, Rəmail Bayramlı kimi gənc aktyorlarla yanaşı, təcrübəli aktyorlar – Xalq artisti Ramiz Məmmədov, Əməkdar artist Şövqi Hüseynov və Nadir Xasıyev iştirak edir.
Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətovdur.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10