Musiqili Teatrın direktoru beynəlxalq konfransda

0 Baxış

hg

 

Tatarıstan Respublikası (Rusiya Federasiyası) Buinsk Dövlət Dram Teatrının nəzdində fəaliyyət göstərən Beynəlxalq Mədəniyyət Mərkəzi avqustun 23-dən 30-dək “Malikanə mədəniyyət məkanı: həyətdən salona” mövzusunda beynəlxalq konfrans keçirəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev konfransda fəxri qonaq qismində iştirak edəcək.

Bir sıra beynəlxalq festivalların və müsabiqələrin münsiflər heyətində təmsil olunan rejissor türkdilli xalqların mədəniyyətinin daha da yaxınlaşması baxımından konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, tədbir çərçivəsində Tatarıstanın peşəkar kollektivləri ilə tanışlıq, eləcə də müxtəlif ölkələrdən konfransa qatılan incəsənət xadimləri ilə görüşlər gələcəkdə daha sıx əlaqələrin qurulmasına töhfə verəcək.

Bölmə : Sənət, Teatr