Musiqili Teatrın “Formula 1” həftəsi üçün repertuarı

54 Baxış

Dövlət Musiqili teatrı17-19 iyun tarixlərində Bakı şəhərində “2016 Formula 1 Avropa Qran Prisi” baş tutacaq. Azərbaycan Dövlət Musiqili Teatrı da ölkəmizdə ilk dəfə keçiriləcək bu dünyaca məşhur idman tədbirinə yüksək səviyyədə hazırlaşıb, yarış iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazimi səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələləri həll edib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı “Formula 1” həftəsində xüsusi repertuarla çıxış edəcək. “17-19 iyun tarixlərində ölkəmiz daha bir ilkə imza atacaq. Məhz bu günlərdə Azərbaycanda ilk dəfə “Formula 1” yarışları keçiriləcək. Dövlət Musiqili Teatrı bu yarışma ilə əlaqədar olaraq bu həftə xüsusi repertuarla çıxış edəcək. Nümayiş olunacaq R. Hacıyev, E. Ocaqov, F. Zöhrabovun “Talelər qovuşanda” və O. Kazımi, R. Heydərin “Qızıl toy” səhnə əsərləri ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımıza təqdim ediləcək. Ümumiyyətlə, Dövlət Musiqili Teatrı artıq bir neçə ildir ki, ölkəmizin mötəbər qonaqlarını, xarici ölkə vətəndaşlarını, turistləri yüksək səviyyədə qarşılamaq təcrübəsinə malikdir. Ötən il Azərbaycanda bir sıra beyxəlxalq tədbirlər keçirildi. I Avrova Oyunlarında, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında, Ümumdünya Gömrük Təşkilatının əlaqələndirmə qovşağı rəhbərlərinin yığıncağında iştirak edən əcnəbi qonaqların teatrımızla tanışlığı onlarda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında ən yüksək və xoş təəssüratlar yaratdı. Həmin tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqları, turistləri Musiqili Teatrda yüksək səviyyədə qəbul etdik, mədəni istirahətləri üçün lazim olan hər cür şərait yaratdıq. Bu təcrübəmizə əsaslanaraq bildirmək istəyirəm ki, “Formula 1” yarıması münasibətilə Bakıya gələn qonaqları da qarşılamağa hazırıq”, – deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.