Musiqili Teatrın həftəsonu afişası

10 Baxış

15192082723859835391_1000x669

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, həftəsonu – fevralın 24-ü “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), fevralın 25-i uşaqlar üçün “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, A.Sadıqov) tamaşaları ana dilimizdə təqdim ediləcək.

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Fevralın 23-ü 12:00-da uşaqlar üçün “Qoğalın macərası”, saat 19.00-da böyüklər üçün Xalq Artisti R.Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri, fevralın 24-ü saat 12:00 və 14:00-da isə “Düyməcik” (H.K.Anderson) nağıl-tamaşası nümayiş olunacaq.

Tamaşaçılar səhnə əsərlərində sevimli aktyorları –Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Novruz Qartal, Svetlana Bulax, Çingiz Əhmədov, Nərgiz Kərimova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Emil Heydərov, Mehriban Zalıyeva, Hüseyn Əlili, Nadejda Povelisina, Yuliya Yeydərova, Gülçöhrə Abdullayeva, Marina Litvinenko, Rauf Babayev, Nicat Əli, Gülnarə Əzizova, Telnaz Hüseynova, Güldanə Əzimova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Elçin İmanov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Zarina Qurbanova, Pərviz Məmmədov, Fərid Rzayev və başqalarının ifalarını izləyə biləcəklər.

Hər iki dildə nümayiş olunan biri-birindən maraqlı tamaşaları seyr etmək üçün teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10