Musiqili Teatrın həftəsonu repertuarı

10 Baxış

15212145281746560396_1000x669

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, sənət ocağının səhnəsində martın 17-də, saat 12:00-da “Meşə çaqqalsız olmaz”, 19:00-da “Mən dəyərəm min cavana”, martın 18-də, saat 19:00-da isə “Arşın mal alan” tamaşaları təqdim ediləcək.

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Kollektiv martın 18-də, saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə “Qoğalın sərgüzəştləri” tamaşası ilə gələcək.

Səhnə əsərlərində Xalq Artisti İlham Namiq Kamal, Əməkdar artistlər, Nahidə Orucova, Boris Qrafkin, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Nadejda Povelitsina, Aydan Həsənova, Atəş Qarayev, Yuliya Heydərova, Gülnarə Əzizova, Rəsmiyyə Nur, Gülçöhrə Abdullayeva, Firuz Məmmədov, Şaban Cəfərov, Elməddin Dadaşov, Gültac Əlili, Elxan İsmayılov, Ruslan Mürsəlov, Elçin İmanov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Pərviz Məmmədov, Cəlalə Novruzlu və başqaları iştirak edəcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.