Musiqili Teatrın həftəsonu repertuarı

6 Baxış

15236188064100122172_1000x669

Həftəsonu Azərbaycan Dövlət Musiqili Teatrında maraqlı tamaşaların nümayişi gözlənilir.

Sənət ocağının mətbuat xidmətindən Senet.az-a bildirilib ki, aprelin 14-də saat 19:00-da “Baladadaşın toy hamamı”, 15-də eyni saatda isə “999-cu gecə” tamaşaları təqdim ediləcək.

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv aprelin 14-də saat 12:00-da balaca tamaşaçılarının görüşünə rus xalq nağılı “Qoğalın sərgüzəştləri” və aprelin 15-də eyni saatda “Qızıl cücə” tamaşası ilə gələcək.

Musiqili Teatr həftəsonunu xoş ovqat və gülüş içində keçirmək istəyənlərin yolunu səbirsizliklə gözləyir. Biletləri mərkəzləşdirilmiş kassalardan və “ASAN xidmət” filiallarından əldə etmək olar.