Musiqili Teatrın həftəsonu repertuarı

10 Baxış

152778976947060961_1000x669

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, sənət ocağının səhnəsində iyunun 1-də saat 19:00-da rus dilində “Qafqazlı qardaşqızı” , iyunun 2-də eyni saatda isə “Amerikalı kürəkən” tamaşaları göstəriləcək. Həmçinin teatrın yaradıcı kollektivi iyunun 3-də “Arşın mal alan” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.

Tamaşalarda Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Nahidə Orucova, Almaz Ələsgərli, Novruz Qartal, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Gülnarə Əzizova, Yuliya Heydərova, Səmədzadə Xasıyev, Rauf Babayev, Nicat Əli, Emil Heydərov, Aydan Həsənova və başqaları iştirak edəcək.

Tamaşalara baxmaq istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.