Musiqili Teatrın həftəsonu repertuarı

2 Baxış

14798917525383117538_1000x669Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Senet.az saytına bildirilib ki, noyabrın 25-i, 26-sı və 27-də tamaşaçılara “Qafqazlı qardaşqızı”, “Yağış göbələyinin macərası”, “Toya bir gün qalmış”, “Dəcəl çəpişlər” və “Qızıl toy” tamaşaları təqdim olunacaq. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorların ifalarını izləyə biləcəklər.

Musiqili Teatr bu həftə də rus dilli və balaca tamaşaçılarını da unutmayıb. Belə ki, noyabrın 25-də “Qafqazlı qardaşqızı” əsəri böyüklər, noyabrın 26-da “Yağış göbələyinin macərası” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. “Dəcəl çəpişlər” əsəri isə noyabrın 27-də Azərbaycan dilində balaca tamaşaçılara təqdim ediləcək.

Həmçinin noyabrın 24-də Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Xalq Artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Teatrsevərlər Musiqili Teatrın tamaşalarına biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Bölmə : Teatr