Musiqili Teatrın kollektivi gənclərə dəstək oldu

8 Baxış

musiqili_teatrAzərbaycan Dövlət Musiqili Teatrın kollektivi Gənclərin Peşə Reabilitiasiya Mərkəzində konsert proqramı ilə çıxış edib. Bu barədə Senet.az-a teatrın mətbuat xidmətinin rəbəri Samir Sədaqətoğlu bildirib. O, tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudovanın, Əməkdar artistlər Novruz Əliyevin, Naidə Orucovanın, Əkbər Əlizadənin və Səidə Şəriəfəliyevanın iştirak etdiyini qeyd edib.

Konsert proqramı çərcivəsində S.Ələsgərov, İ. Məlikzadənin “Hərənin öz ulduzu” , V. Adıgözəlov Anarın “Adamın adamı” tamaşasından parçalar göstərib. Bununla yanaşı müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10