“Müstəqillik körpüsünü keçənlər” – YENİ KİTAB

29 Baxış

tehranBu yaxınlarda tənqidçi Tehran Əlişanoğlunun “Müstəqillik körpüsünü keçənlər” adlı kitabı çap olunub. Senet.az Kulis.Az-a istinadən xəbər verir ki, kitab müəllifin 55 yaşına dostlarının hədiyyəsidir.

 Kitabda filoloji elmlər doktur, tənqidçi Tehran Əlişanoğlunun müstəqillik illəri Azərbaycan ədəbiyyatına dair yazıları toplanıb. Portret-oçerk, yubiley yazısı, məqalə və ya resenziya janrından asılı olmayaraq müəllifin hədəfində bilavasitə yazıçılar, şairlər, ədəbiyyatşünaslar və tənqidçilər, ədəbiyyat adamlarıdır.

 Toplu müstəqillik epoxasına ədiblərin yaradıcılığının içindən baxmaq cəhdidir. Hər bir mətndə ayrıca və kitabda bütövlükdə sovet dönəmini arxada qoyub müstəqilliyinə doğru gəlişən Azərbaycan ədəbiyyatının mənzərələrini görmək olar.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10