Müştərək opera tamaşası

4 Baxış

xeberMartın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin  “Riqoletto” operasının tamaşası olacaq. 

Senet.az dərgisi  Kulis-ə istinadən  xəbər verir ki, tamaşada azərbaycanlı opera sənətçiləri ilə yanaşı, Teatr rəhbərliyinin Ukrayna, Belarus və Gürcüstandan dəvət etdiyi vokal ulduzları da çıxış edəcəklər.

Cilda partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı Olqa Naqornaya ifa edəcək.

Qeyd edək ki, yaradıcılıq karyerası ərzində dünyanın 24 ölkəsində  qastrol səfərində olan O.Naqornaya bu rolun ən yaxşı ifaçılarından biri sayılır.

Riqoletto rolunda isə vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Belarus Respublikasının Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Xalq artisti Vladimir Petrov çıxış edəcək.

Adı bakılı operasevərlərə yaxşı tanış olan Gürcüstanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili isə “Riqoletto” operasının tamaşasında Hersoq rolunda çıxış  edəcəkdir.

Tamaşada həmçinin Azərbaycanın Xalq artisti Əli Əsgərov, Əməkdar artistlər Əkrəm Poladov və Səbinə Əsədova da iştirak edəcəklər.

Dirijor Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərovdur.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10