Mütaliə bizi məqsədimizə aparan vasitədir

160 Baxış

2

Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbdə f.ü.f.d.,dos., yazıçı Şəmil Sadiqlə görüş keçirilib.

Görüşü məktəbin direktoru Əliyeva Gülşən açıb.O, tədbir barəsində iştirakçılara məlumat verib: “Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu il verdiyi qərara əsasən şagirdlərdə “Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi” ilə bağlı silsilə tədbirlər keçirməyə başlamışıq. Bundan öncə yazıçı Aqil Abbasın, qəhrəmanımız Ramil Səfərovun, hərbi marşların mahir ifaçısı Şəmistan Əlizamanlının və gözəl qiraətçimiz Ağalar Bayramovun iştirakı ilə “Mütaliə bizi məqsədimizə aparan vasitədir” mövzusunda tədbir keçirmişik. Bu gün də dəyərli yazıçımız Şəmil Sadiq qonağımızdır”.

Şəmil Sadiq də çıxışında şagirdləri mütaliəyə səsləyib. O, oxumağın insanın həyatını dəyişdirdiyini bildirib.

Daha sonra keçən təbirdən videoçarx nümayiş olunub. Videoçarxda şagirdlərin hazırladığı müxtəlif əsərlərdən kompozisiyalar göstərilib. Məktəbin müəlliməsi Sevinc Hüseynova Şəmil Sadiq barəsində tədbir iştirakçılarına geniş məlumat verib. Şagirdlər Şəmil Sadiqin “Odərlər” romanı əsasında hazırlanmış tamaşadan parçalar göstəriblər. Tədbir sual-cavab formatında davam edib. Şəmil Sadiq suallara cavab verərkən, “Odərlər” romanının “Odərlər – Tanrı Dağı” adlı ikinci yazdığını deyib.

Sonda müəllif imzalı kitablarını oxuculara hədiyyə edib. Xatirə fotosu çəkilib.

Bölmə : Bölməsiz, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10