Muzey rəhbərliyindən maraqlı addım

46 Baxış

muzeyAmsterdamın “Rijksmuseum” muzeyi sərgi zirayətçilərinə maraqlı bir təklif edib. Belə ki, muzey rəhbərliyi sərgidə nümayiş olunan əsərlərin şəklini fotoaparat vasitəsilə çəkmək əvəzinə onu fırça ilə kağıza çəkməyi məsləhət görüb.

Muzeyin rəsmi internet səhifəsində yayılan məlumatda deyilir: “Foto və video çəkilişlər vaxtı iştirakçıların diqqəti yayınır. Belə olduqda, içəridəki gözəlliklərdən tam zövq ala bilmirlər. Biz təklif edirik ki, ziyarətçilər əsərlərin şəklini yox, rəsmini çəksinlər.

Əlbəttəki, hər kəsdə rəsm qabiliyyəti yüksək səviyyədə deyil. Ancaq rəsm çəkərkən əsərləri daha yaxından tədqiq etmək mümkün olacaq”.

 

Bölmə : Sənət xəbər