Nərgiz Cəlilova ustad dərsi keçəcək

5 Baxış

nergiz

Oktyabrın 14-də Bakı Kitab Mərkəzində Əməkdar artist, telejurnalist Nərgiz Cəlilova ilə görüş təşkil olunacaq.

 

Senet.az  xəbər verir ki, tədbir mərkəzin “Ulduzla oxu” layihəsi çərçivəsində reallaşacaq.

 

Görüş zamanı Nərgiz Cəlilova “Necə danışmalı?” mövzusunda ustad dərsi keçirəcək, Azərbaycan dilinin saflığı və səlisliyi haqqında danışacaq, iştirakçıların suallarına cavab verəcək.

 

Tədbirdə hər kəs iştirak edə bilər.

Bölmə : Sənət xəbər