“Şərq-Qərb” nəşriyyatının reallaşdırdığı layihə çərçivəsində işıq üzü görən bu kitab böyük sənətkar Sara xanım Qədimovaya həsr olunub. Kitabda Sara xanımın həyatı, yaradıcılığı, eləcə də, haqqında bildiklərimiz, bilmədiklərimiz barədə geniş məlumat verilir. Ən əsası, müəllif bu kitabda gözəl sənətkarımıza və sənətə böyük sevgi ilə, hörmətlə yanaşıb.
N.Cabbarlı kitabın hazırlanmasında əziyyət çəkən hər kəsə təşəkkürlərini çatdırıb və maraqlananlar üçün bu seriyadan olan başqa maraqlı kitabların da çapa hazır olduğunu deyib.