Nəşriyyat sahibi kitab mağazası açdı, kitab satdı – FOTOLAR

16 Baxış

335a6a8291c2

Bu gün Bakıda “Loqos” adlı yeni kitab mağazasının açılışı olub.“Logos”un əsas məramı Azərbaycan yazarlarının sözünü dünya oxucusuna çatdırmaq, xaricdə ingilis, rus, türk dillərində çıxan kitabları Azərbaycana gətirməkdir. Bu məqsədlə şirkət eyni zamanda internet kitab mağazası da yaradıb.

Senet.az-a məlumat verən mağaza sahibi Rafiq İsmayılov bidirib ki, bu gün mağazanın açılışı, həm də  Qulu Məhərrəmli və Arif Əliyevin kitablarının imza günü idi: “Belə bir formatda kitab mağazası çox azdır və biz “Altun kitab evi” olaraq “Logos” markası adı altında yeni kitab mağazasının açılışını etdik. Oxucularımızın xidmətindəyik. Hər zaman oxucuların istəklərini təmin etmək üçün çalışırıq. Əsas məqsədimiz kitab bazarında plagiat kitabların çox olmasının qarşısını almaqdır. Bizim mağazada belə kitablara yer yoxdur. Bizdə məktəb ləvazimatlarına aid məhsullar da olacaq. Azərbaycanda daha geniş  yayılan ucuz Çin mallarının burda olmasını istəmirik və çalışırıq ki, əsasən Türkiyə və Avropa malları, bir qism də Rusiya istehsalı mallarından istifadə edək”.

Qeyd edək ki, bu gün mağaza sahibi söz verdiyi kimi master-klass keçib. Belə ki, bu gün kitabları o özü sataraq alıcılarla ünsiyyətdə olub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10