Nərdivan

21 Baxış

neriman-hesenzade_13012011

Nəriman Həsənzadə

   Nərdivan

Bu dünya nərdivandı,
Qalxanda mehribandı,
Enəndə nə yamandı…
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırırdı nərdivan,
Məni xatirələrə
Endirirdi
Bu zaman.
Birimiz-günçıxana,
Birimiz günbatana…
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
O da enə bilməzdi,
Haqlı, haqsız
Vermişdi, öz hökmünü təbiət,
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya…