NƏRGİZ  ÖMRÜ

13 Baxış

Bu məhəbbətdir hekayələrSenet.az Həmid Arzulunun “Bu məhəbbətdir: hekayələr” kitabından “Nərgiz ömrü” adlı hekayəni təqdim edir. 

Lalə müəllimə hələ həyət qapısına çatmamış Əhmədin pianoda çaldığı qəmli bir melodiyanın sədasını eşitdi. İftixarla “deyəsən bəstələyir”-deyə düşündü. Ona mane olmamaq üçün ehmalca darvaza qapısını açıb, içəri girdi. Lalə onun çalğısını, mahnılarını qürur hissi ilə dinləyirdi. Elə bu mahnılar da vaxtı ilə onun köksünə yol açmış, qəlbini ovsunlamış, Əhmədə zəng vurub onunla tanış olmağa sövq etmişdi. Lakin hansı əzab, tərəddüd hesabına? Bu hərəkətinə görə о, özünü nə qədər məzəmmət etsə də, ürəyinin hökmünə tabe olmuş, nəhayət Əhmədə zəng vuraraq onun istedadını tərifləmiş və yazdığı lirik bir şerə mahnı bəstələməyi xahiş etmişdi. Əhməd bu təklifə məmnuniyyətlə razılıq vermiş, onu görüşə çağırmışdı. Elə bu görüşlə də onların qəlblərindəki sənət odu məhəbbət atəşinə çevrilmiş, yaradıcılıq əlaqələri ürəklərin, duyğuların birləşməsinə səbəb olmuşdu. Bir il onlar sehirli yaradıcılıq dünyasında romantik günlər keçirəndən, bir-birinə tamam bağlanandan sonra evlənməyi qərara aldılar. Artıq üç aya yaxındı ki, onlar səadət ağuşunda məst idilər. Bu səadət, bu xoşbəxtlik elə bil Laləyə şeri, Əhmədə isə pianonu tamam unutdurmuşdu. Lalə çox istəyirdi ki, onlar yenə də yaradıcılıq sevinclərinə qayıtsınlar. Lakin odlu gənclik hissləri hələlik bu istəyi yaxın buraxmırdı. Şükürər olsun ki, bu gün onların evindən musiqi sədaları ucalırdı. Lakin niyə belə qəmli? Niyə belə hüzünlü?

Lalə həyətə necə ahəstə daxil olmuşdusa, eləcə də evə keçdi. Geyimini dəyişdi. Bərk yorğundu. Uşaqlara “B” hərfinin yazılışını çox çətiniliklə öyrədə bilmişdi. Umumiyyətlə, o, müxtəlif şəklə malik olan böyük, kiçik hərflərin bir cür, vahid şəkildə- “o, ö, ə” kimi yazılmasının tərəfdarıydı. Belə olsa uşaqlar böyük hərflərin yazılışına əlavə vaxt itirməzlər deyirdi. Birdən Əhməd çaldığı melodiyanın sözlərini oxumağa başladı:

Ürək deyir döyüntümdən bir əklil hör,

Necə kövrək, necə qısa olurmuş gör,

Bu dünyada yalqız keçən bir qız ömrü,

Nərgiz ömrii, Nərgiz ömrü!

Yox, bu gözəl şeir Lalənin deyildi. Kim yazmışdı onu? Əklil niyə? Niyə Nərgiz ömrü? Bu suallar onu istər-istəməz çəkib, Əhmədin otağına apardı. İçəri daxil olcaq nəzərləri pianonun üstündəki şəklə sataşdı. Şəklin önündə iki qırmızı qərənfil vardı. Lalə şəkli tanıdı. Bu şəkli о, Əhmədin yazı masasının sürməsində görmüşdü. Neçə dəfə götürüb baxmış, lakin kimin əksi olduğunu ondan soruşmamışdı. Soruşmasa da bu gözəl qız əksi Lalənin ürəyinə qısqanclıq közü salmışdı. О bilirdi ki, dinməsə də, bu od bir gün şölələnməli idi. Deyəsən, həmin vaxt gəlib çatmışdı. Lalə arxadan Əhmədin boynuna sarıldı. Səsinə süni, şıltaq bir sevinc verməyə çalışdı. “Əhməd! Nə gözəl mahnıdır! Necə hüznlüdür! Hələ sözləri!” -dedi. Əhməd onun çiyinlərindən sallanan ağ əllərini dodaqlarına apardı.

-Gəlmisən?- Əhməd dərindəın köks ötürdü. Bu Laləni daha da narahat etdi.

-Nə olub? Bu kimin şəklidir? Qohumundur?

Əhməd dinmədi. Lalə ondan əl çəkmədi.

-Adı nədir?

-Nərgiz.

Əhməd yenə də köks ötürdü. Lalə acı-acı gülümsədi.

-Deməli, sənin həm Lalən var, həm də Nərgizin? Maraqlıdır, bu kolleksiyada daha hansı güilər var?

-Lalə, xahiş ediram, bu gün mənim xətrimə dəyməyəsən! Sonra sənə  hər şeyi deyərəm, danışaram.

-Nə olub axı? Yoxsa Nərgizin ərə gedib? Bəlkə ölüb? Niyə köks ötürürsən?

-Lalə! -Əhməd hirslənib pianonun qapağını örtdü. – Mən inanmazdım ki…

-Elə mən də inanmazdım ki, məhəbbətimiz о nərgiz ömrü kimi belə qısa olacaq!

O, şəkli əlinə alıb baxdı, baxdı və Əhmədin sükutuna dözə bilməyib, şəkli pianonun üstündəki qərənfillərin yanına atdı və qəzəblə dönüb çıxdı. Əhməd üz üstə düşmüş şəkli qaldırıb ona qəmli-qəmli tamaşa etməyə başladı. Bu vaxt içəri otağın qapısı guppultu ilə örtüldü. Əhməd səksənib xəyaldan ayıldı və cəld durub yan otağa keçdi. Yazı stolunun üstündəki ağ vərəq onun nəzərlərini çəkdi. Vərəqi götürüb oxudu:

“Bir qəlbdə iki məhəbbət yaşadan bir şəxslə mən yaşamanam …”

Lalə müəllimə ana evinə qayıtcaq, kiçik boğçasını bir tərəfə atıb, özünü çarpayıya saldı. Qəhərli-qəhərli hönkürdü. Anası nə qadər soruşdusa, о cavab vermədi.

Axşam Lalənin qəzəbi, kini bir qədər soyudu. Öz-özünü danladı. Necə olub ki, bir il ərzində о Əhmədi tanımayıb. Nərgiz adlı sevgilisi olmasından xəbər tutmayıb. О niyə bu barədə mənə heç nə deməyib? Sonra düşündü ki, nahaq yerə о öz komasını tərk edib, nahaq yerə belə asanlıqla öz səadətindəıı imtina edir. Gərək hər şeyi ətraflı öyrənəydi. Вəlkə bu qız heç onun sevgilisi deyil? Yox, bu məhəbbətdir! Yalnız məhəbbətə dair belə mahnı bəstələmək olar.

Lalədə birdən-birə evə qayıdıb, Əhmədi sorğu-suala tutmaq həvəsi oyandı. Bu vaxt qapı açıldı, anası içəri daxil oldu. Əhməd telefoıı dəstəyi vardı.

-Əhməddir, səninlə danışmaq istəyir.

- Mən onunla danışmaq istəmirəm!- Lalə bu sözləri desə də ürəyində duydu ki, Əhmədlə danışmaq istəyir. Anası hirsləndi:

-Səfehləmə, al, al danış!

Lalə dəstəyi alıb, bir istədi ki, danışmadan onu telefonun üstünə qoysun, lakin anasının rişxəndli gülümsəməyini görüb, dəstəyi qulağına apardı. Dinmədi. Əhməd onun nəfəsinin hənirini duyub, salamsız-kəlamsız ona bir hekayə danışdı. Bu hekayənin adı “Nərgiz ömrü” idi. Bu hekayədə uzun müddət bir sinifdə oxuyan və uşaq məhəbbəti ilə bİr-birinə bağlı olan, lakin heç vaxt məhəbbətlərini bir–birinə cəsarət edib açmayan gənclərdən danışılırdı. Qız çox gözəldi, lakin körpəlikdən sağalmaz xəstəliyə tutulmuşdu. Özü də öz dərdini bilir, odur ki, heç kəsə yovuşmur, yalqız gəzir, yalqız dolanırdı. Mərhəmətlə ona can atan uşaqlardan da qaçırdı. Mehrini bircə bu oğlana bağlayan, ona etibar edən Nərgiz, göz yaşları içərisində arabir xəstəliyindən söhbət açır və deyirdi ki, bu xəstəliklə о heç kəsi xoşbəxt edə bilməz. Yəqin, buna görə idi ki, о oğlanlardan daha çox uzaq gəzirdi. Bir kəsin onu sevib, ürəyini açacağından qorxurdu. Son sinifdə oxuyarkən, nəhayət o, oğlanın gözünün içinə baxıb “çox istərdim ki, həyatda sən ürəkli bir sevgilim olsun, məni sənin qədər duysun!”- demiş, lakin xahiş etmişdi ki, bu sözlərinə heç bir cavab verməsin. Söhbəti uzatmaq onların münasibətlərini tamam başqa səmtə yönəldə bilər. Bu münasibətləri ucuzlaşdırar. Son imtahandan sonra onlar lal- dinməz bir-birlərinin üzünə baxmış, sanki gözlər bir-birinə “xoşbəxt ol” ifadəsini anlatmaq istəmişdi. Artıq üçüncü il idi ki, onlar görüşmürdülər. Yalnız bu gün хəbər tutmuş ki, Nərgiz bir həkimin təkidi ilə ərə getmiş, bir müddət sağalacağına ümid yaranmış, lakin uşaq üstə həlak olmuşdur. Hekayə Nərgizin son nəfəsdə yazdığı və Əhmədin bu gün mahnı bəstələdiyi şerlə bitirdi. Bu şeri Nərgizin arzusu ilə Əhmədə əri çatdırmışdı.

Lalə elə bil telefonda уеnə də sızıltılı bir ah eşitdi. Səs kəsildi. Lalə əlində dəstək fikrə getdi. Нəг şey ona aydındı. Nəzərləri hələ də qapı yanında düşüb qalmış boğçanın üzərində dayandı. Durub geyindi. Anası onu diqqətlə süzüb gülümsədi və başını bulayıb mətbəxə keçdi.

Lalə evə qayıtdı. Əhmədi içəridə görmadi. Piano üstündəki şəkli axtardı. Nə şəkil vardı, nə də qərənfillər. Qara lent düşüb xalçanın üstündə qıvrılmışdı. Yazı masasının sürməsini çəkdi. Nəzərləri Nərgizin pak nəzərləri üə üz-üzə gəldi. O, nəzərlərdə Lalə qəmlə, kədərlə yanaşı məzəmmət də oxudu. Elə bil ona “Мən səhv etmişəm, sən səhv etmə” -dedi. “Yalqızlıq, kimsəsizlik sevən qəlb üçün müsibətdir, əzabdır!”-dedi.

Əhməd axşam evə qayıtdı. Öz otağına keçib soyunmaq istərkən nəzərləri pianonun üstündəki Nərgizin şəklinə sataşdı. Qara lentlə sarılmış şəklin ətrafı qırmızı qərənfillərlə dolu idi. Əhmədin ruhundan yeni bir melodiya axdı. О gözlərini yumub bu melodiyanı dinləmək istədi. Arxasında, düz çiyinlərinin yanında ətirli bir hənir duydu. Geriyə baxmadan “Lalə , gəlmisən?”-deyə pıçıldadı. Lalənin qulac qolları arxadan onun boynuna sarıldı. Deyəsən, hər ikisinin gözləri dolmuşdu… 1970

 

Bölmə : Nəsr, Ədəbiyyat