Nəsibə Zeynalovanın 100 illiyi qeyd olunacaq

8 Baxış

nesAzərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə xatirə tədbiri keçiriləcək.

Senet.az saytı APA-ya istinadən xəbər verir ki, noyabrın 24-də təşkil olunacaq tədbirin rejissoru Cavid İmamverdiyevdir.

Yubiley gecəsində N. Zeynalovanın yaxınları, sənət dostları, vaxtı ilə onunla birlikdə çalışmış həmkarları iştirak edəcəklər.

Yubiley tədbirləri çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış səyyar sərgi təşkil olunacaq, sənətkarın həyat və yaradıcılığına həsr olunmuş kitab (müəllifi İ. Rəhimli) və foto-albom nəşr ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.

Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən və Azərbaycan teatrının ilk aktyorlarından biri olub.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib.

Bölmə : Konfrans