“Nabat” bədii filmi Dəkkə Beynəlxalq Film Festivalında mükafata layiq görüldü

3 Baxış

Dəkkə film festivalıElçin Musaoğlunun “Nabat” bədii filmi Banqladeşdə keçirilən 14-cü Dəkkə Beynəlxalq Film Festivalında mükafata layiq görüldü. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, festival 14-22 yanvar tarixlərində Dəkkə şəhərində keçirilmişdir və filmimiz əsas müsabiqə proqramında yer almışdır. Festivalda iştirak edən «Nabat»ın yaradıcı heyətinin üzvləri filmin nümayişində və təltifetmə mərasimində iştirak etmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.