“Nabat” filmi Türkiyədə nümayiş olunacaq

37 Baxış

Elçin Musaoğlunun nabatbədii filmi noyabrın 20-dən 27-dək Türkiyədə keçiriləcək III Boğaziçi Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

Senet.az xəbər verir ki, film festivalın əsas müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10