“Nabat” filminə Beynəlxalq Film Festivalından mükafat

58 Baxış

nabatCəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilən “Nabat” bədii filmi Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya Beynəlxalq Film Festivalında nümayış olunub.

Film festivalda “Ən yaxşı rejissor işi” və “Ən yaxşı aktrisa” (Fatimə Motamed Arya) mükafatlarına layiq görülüb.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini özündə əks etdirən, güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazının yaradıldığı “Nabat” filmi bu günədək onlarla kinofestivalda iştirak edib və maraqla qarşılanıb.

2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10