“Nağara 2015″ Beynəlxalq Zərb Alətləri Festivalı

45 Baxış

nagara

22-26 avqust tarixlərində Şəki şəhərində Azərbaycanda və Qafqazda ilk dəfə olaraq “Nağara 2015″ Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək. Festival təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və “ALMUS Production” şirkətidir.
Tədbirdə Azərbaycanla yanaşı Türkiyə, İran və Özbəkistandan məhşur ritm ifaçıları iştirak edəcəklər. Avqustun 22-də Festivalın təntənəli açılış mərasimi keçiriləcək. Avqustun 23-də Özbəkistanı təmsil edən Abbos Kasimov və “Abbos” qrupunun, 24-də İranı təmsil edən “Lian” qrupunun, 25-də Türkiyəni təmsil edən Suat Borazan və “İstanbul Harem” qrupunun konsertləri olacaq. Avqustun 26-da isə “Natiq ritm” qrupunun konserti və “Nağara 2015″ Beynəlxalq Zərb Alətləri Festivalının bağlanış mərasimi baş tutacaq.

Bundan başqa 23, 24, 25 və 26 avqust tarixlərində Şəki şəhərindəki Karvansarayda Natiq Şirinov, Abbos Kasimov, “Lian” qrupu və Suat Borazanın master klassları keçiriləcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10