“Nağara məktəbi” dərsliyi oxucuların istifadəsinə verilib

13 Baxış

nağara mətkəbiAzərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azər Əliyev, Fazil Cəfərov, Çingiz Absəlimovun birgə hazırladıqları “Nağara məktəbi” dərsliyi çap olunub.

Təqdim olunan kitaba Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri, eləcə də rus və Avropa klassiklərinin əsərlərindən hissələr, Azərbaycan xalq mahnı və rəqs materiallarından nümunələr daxil edilib. Bu kitabı tərtib etməkdə məqsəd tədris proqramının inkişaf dairəsini bir qədər də genişləndirmək və müəllimlərin müasir pedaqoji təcrübəsindən daha səmərəli bəhrələnmələrinə kömək etməkdir. Dərslik uşaq musiqi və incəsənət məktəbləri üçün nəzərdə tutulub.

“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab Nazirliyin tabeçiliyində olan musiqi məktəblərinə və digər aidiyyəti qurumlara paylanılacaq.