“Nağıllar aləmi”nə səyahət

17 Baxış

14819835524262127450_1000x669

Dekabrın 17-də Azərbaycan Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsi çərçivəsində xalçaçı-rəssam Eldar Mikayılzadənin “Nağıllar aləmi” xalçasının təqdimatı keçirilib.

Senet.az xəbər verir ki, tədbirdə Eldar Mikayılzadənin yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, xalçaçı-rəssam Eldar Mikayılzadə uzun illərdir öz orijinal çeşnili əsərləri ilə Azərbaycanda xalça sənətinin inkişafına xidmət edir. Altmış illik ömrünün yarıdan çoxunu milli xalça sənətimizin inkişafına həsr edən bu böyük sənətkar yaratdığı bənzərsiz əsərləri ilə Azərbaycan xalçaçılıq sənəti salnaməsində yeni səhifə açıb. Onun müəllifi olduğu xalçalar dünya miqyasında maraqla qarşılanır, sevilir və yüksək qiymətləndirilir.

Tədbirdə Azərbaycan Xalça Muzeyində hər ay təşkil olunan “Bir eksponatın tarixi” layihəsi barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində hər dəfə bir eksponatın tarixi ətraflı olaraq təqdim edilir. Bu ay keçirilən “Bir eksponatın tarixi” layihəsində muzeyin kolleksiyasında saxlanılan xalçaçı-rəssam Eldar Mikayılzadənin müəllifi olduğu “Nağıllar aləmi” xalçası təqdim olunub.

Təqdimat zamanı Eldar Mikayılzadə xalçanın yaranma tarixi, onun üzərində təsvir olunmuş müxtəlif süjetli səhnələr haqqında düşüncələrini bölüşüb.

E.Mikayılzadə bildirib ki, xalçanın ərsəyə gəlməsində onun əsas ilham mənbəyi hekayələr, rəvayətlər olub. 1983-cü ildə toxunmuş xalçanın üzərində xeyir və şərin mübarizəsi, müxtəlif nağıllardan nümunələr əks olunub.

KÖŞƏ YAZARLARI
TOP 10