“Nar bağı” filmi ABŞ-da

18 Baxış

15250765265644762939_1000x669

“Nar bağı” bədii filmi ABŞ-da keçirilən SEE (South East European Film Festival) film festivalında nümayiş olunacaq.

Senet.az-a Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə kinostudiya və “Buta Film” kino şirkəti birgə istehsal edib.

Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10