“Nar bağı” filmi Avrasiya Beynəlxalq Film Festivalında

10 Baxış

1499248142683031707_1000x669

İlqar Nəcəfin “Nar bağı” bədii filmi Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalına dəvət alıb.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan yeni ekran əsəri festivalın əsas müsabiqə proqramında yer alıb.

“Azərbaycanfilm” kinostudiyasından Senet.az-a bildirilib ki, festival iyulun 22-dən 28-dək Astanada keçiriləcək.

“Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

KÖŞƏ YAZARLARI
TOP 10