Nargisin “Əcəmi” povesti işıq üzü gördü

28 Baxış

photo_4378

Senet.az xəbər verir ki, Nargisin “Əcəmi” povesti miniatur kitab şəklində Bakıda “Xan” nəşriyyatı tərəfindən nəşr olunub.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur. Naşır Müşfiq Xandır.

Kitabda dahi memar Əcəmi Naxçıvaninin həyatından (yazarın öz təxəyyülü əsasında), sevgi yolundan və memarlıq fəaliyyətindən bəhs olunur.

52 səhifədən ibarət olan miniatur kitab V.A.Motsartın eşqə dair məşhur kəlamları ilə başlayır. Kitabda sevginin və qadın ucalığının rəmzi olan Möminə xatun məqbərəsinin tikilmə tarixindən, məqbərənin maddi-mənəvi dəyərindən bəhs olunub.

Bölmə : Ədəbiyyat, Əlfəcin
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10