Nasizmin sütun işarəsi – “Qama xaçı” və ya “Svastika”

701 Baxış

xa,


Məzahim Mustafazadə

 

Almaniya Nasizm dövrünün  hər sahəsi kimi bu dünyavi imperiyanın əsas emblem nişanəsi də hamının daima marağına səbəb olmuşdur. Beləki əsas dövlət atributlarında, imperiyanın əsas güc strukturlarında geniş istifadə edilən nişan – “Svastika” və ya “qamalı xaç” idi. Bəs bu əsrarəngiz işarənin tarixi mənası nədir?

Svastika adı Yunan qamma (Γ) hərfinə və xaç şəklinə (+) istinadən verilmişdir. Svastika sözü Sanskritcədəki su (yaxşı) və asdı (olmaq) sözlərinin birləşməsindən meydana gəlmişdir. “Yaxşı olmaq, xoşbəxt və sağlam olmaq” mənalarına gəlir.

Svastika xəyali bir kvadrat formanın içinə yerləşir. Ancaq növünə görə dairə kimi hər cür həndəsi forma ilə çevrilə bilər. Sağa dönük svastikalar ümumiyyətlə “saat istiqamətində” ya da “saat istiqamətinin tərsi” deyə təyin olunur. Svastikalar nizamsız 20 kənarlı çoxbucaqlı olaraq qəbul edilib,5×5-lik ölçüsündə, 17 kvadrat metrlik  bir kompozisiya meydana gətirməkdədir. Svastika motivi üzərindən bərabər böldüyümüzdə hər kənar 60, 36, 12 və 12 dərəcə düşür.

 

Bu simvolu təbii olaraq bir çox xalq öz mədəniyyət istifadə etmişdir. Məsələn Honk Konk İncəsənət Muzeyində olan və Majiyao mədəniyyətinə, yəni e.ə. 2200-2000-ci  illər tarixinə aid edildiyi güman edilən neolitik dövrə aid həndəsi naxışlı torpaq qab üzərində Svastika naxışları tapılıb. Hindistanda çox fərqli din və mədəniyyətlər Svastika işarəsini müxtəlif şəkildə istifadə etmişlər. Svastika Hinduizm, Buddizm və Caynizmə görə müqəddəsdir. Bir çox antik sivilizasiyada rast gəlinir. Məsələn Orta və Cənubi Amerika mədəniyyətlərində xüsusilə Mayalayar, Navarrolarda bu işarəyə rast gəlinmişdir. Mesopotamiyada olan bir çox sikkələrin üzərində svastika simvolu olmuşdur. Erkən dövr xristianlıqda və Bizans İmperiyasında da həmçinin. “Svastika” adı Bizans dövründə istifadə edilməyə başlanmışdır.

 

İslamda və Türk dünyasında Svastika – Svastika simvolu İslam mədəniyyətində də görülməkdədir. Xüsusilə Səlcuqlu və Osmanlı dövrlərində xalça kilim motivləri ayrıca bəzəmə şəkillərində və xətt sənətində istifadə edilmişdir. İslam mədəniyyətində bu simvoldan bəzəmə sənətində naxış və motiv olaraq istifadə edilmişdir. İrandakı Cümə Məscidi və Livandakı Taynal məscidlərinin hər ikisində də svastika motivləri vardır.

Qazaxıstanın Türküstan şəhərində olan Əhməd Yəsəvi Türbəsi, ana qapının sağ tərəfində müxtəlif formalı svastika, ana qapının sol tərəfində isə geniş olaraq bilinən halıyla bir svastika var.

Svastika, bir çox dünya mədəniyyətində olduğu kimi Ön-Türklər tərəfindən də istifadə edilmişdir. Svastikanın Türk mədəniyyətindəki adı “oz damğası”dır. Bu damğa Ön-Türklərdə özləşərək Tanrıya çatmağı təmsil edir. “Oz” damğası o biri dünyaya keçərək orada şəkil dəyişdirərək (metamorfoz) yenidən meydana gəlmə idüşüncəsini ifadə edir.

Mövləvi və Bektaşilerin insanların qrup halında öz oxları ətrafında dönərək “göyə” yüksəlmə inancı  ayini ilə məşhurdur. Saz şairləri də sazları ilə canları ozlaştırır. Tanrıya yaxınlaşırlar. Bu səbəblə saz şairlərinə ozan deyilməkdədir. Ozlaşma anlayışının atəş kül mərasiminə (gün çıxma mərasimi) qədər gedib çıxdığı düşünülməkdədir. Bu anlayış, günəş kül idinə aid müqəddəs hesab etmə mərasimində də görülməkdədir.

1aes

Bir günəş simvolu olan Oz damğası – Svastikanın söz mənası öz-özünə var olandır. Ön-Türklərdə istifadə “OZ” deyə oxunan damğa harada nə zaman ortaya çıxdığı qəti bilinməsə də əksəriyyətlə “svastika” olaraq adlandırılmışdır. Svastika sözü Holland olub “Si” (yaxşı) və “As” (olmaq) sözlərindən ibarətdir. Bu şəkliylə söz “xoşbəxtlik” və “xəyal” mənalarına gəlir.

Svastika türkçülükdə dörd istiqamətə sallanan qollarıyla Dış Oğuz tərəfindən dünyanın dörd bir yanına yayıldığını ifadə edər və bütün kainatı işarə ilə göstərər. Bu simvola aid tapıntılar İndus Vadisi mədəniyyətinə qədər uzanmaqdadır. Xüsusilə Harappada edilən qazıntılarda möhürlərdəki qabartmalarda olduqca tez rast gəlinmişdir. Uğur şans gətirməsi üçün istifadə edilən bir simvoldur. Panininin məşhur qrammatika çalışması “Ashtadhyayi”nin 8-ci hissəsində də Svastikanın adı keçməkdədir. Son illərə qədər mənşəyinin Arilər dayandığı düşünülməkdədir (e.ə II minillik). Lakin son illərdə edilən elmi araşdırmalar vasitəsilə mənşəyinin Ön-Türk mədəniyyətinə söykəndiyini və onlar vasitəsi ilə dünyanın müxtəlif istiqamətlərinə yayıldığı istiqamətində əhəmiyyətli məlumat və sənədlər ortaya qoyulmuşdur.

(T. PARLAK, Turan Yolunda Aral’ın Sırları, Ankara, 2007, s. 33.)

Konyada olan Çatalhöyükdə edilən qazıntılardan əldə edilən e.ə. 7500-ci illərdə cilalanmış Daş və Mis dövrünə aid daş lövhələrdə və ev bünovrələrinin  bir qisimində svastika simvolu istifadə edilmişdir.

Tanınmış arxeoloq Ceyms Mellaarta görə “Bütün qamalı xaç çölə doğru yayılan olan mərkəzi bir hərəkətlə göstərilir. Öz statik mərkəzi kainat və Tanrısal gücün mərkəzini təmsil edir. Svastika bilinən bir nişan  olaraq Avrasiyanın bütün parçalarında istifadə edilmişdir “.

Amasya Hatuniyə Məscidi çeşmesi başında da 5 ədəd (daha çox diqqətə çarpanı 3 ədəd) Svastika simvolu var.

Svastikanın dörd qolu, dörd kosmik gücü (atəş, su, hava, torpaq) simvollaşdırır. Ayrıca bəzi qaynaqlarda bildirilir ki, qədim dövrlərdə bu simvol sayəsində dörd kosmik gücün təsir altına alınıb cadu edilirdi.

Svastika I Dünya Müharibəsindən sonra qurulan Nasional Sosialist Alman İşçi Partiyası və hökuməti tərəfindən emblem olaraq istifadə edilmişdir. Nasional sosialistlərin (nasistlər) istifadə etdikləri qamalı xaçın adı Almancada “Hakenkreuz”dur. Daha sonra Nasist Almaniyasının bayrağında da istifadə edilmişdir. Svastikanın bu mənada istifadəsi 1945-ci ildə Nasist Almaniyasının məğlub olması ilə birlikdə sona çatmışdır və bəzi ölkələrdə svastika istifadəsi cinayətdir. Hal-hazırda bəzi neo-Nasist qruplar svastika istifadə etməyə davam edillər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10