Natiq Rəsulzadə yeni roman yazıb

19 Baxış

natiqresulzade

Yazıçı Natiq Rəsulzadə rus dilində yazdığı “Qolfstrim” romanını tamamlayıb. Senet.az xəbər verir ki, bu barədə yazıçı “Azərtaca” eksklüziv müsahibəsində bildirib. O, roman üzərində beş il çalışdığını deyib. Əsər ölkəmizdə gedən son müsbət hadisələrə həsr olunub.

Natiq Rəsulzadə eyni zamanda ədib xalq yazıçısı Anarın “Gözmuncuğu” romanını da Azərbaycan dilindən rus dilinə tərcümə edib. Roman “Literaturnıy Azerbaydjan” jurnalında nəşr edilib və yaxın zamanlarda Moskvada kitab halında nəşr olunacaq.

Həmçinin N.Rəsulzadə rejissor Ənvər Əbluçun Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova haqqında çəkəcəyi filmin ssenarisi üzərində də çalışır. Yazıçı əsasən azərbaycanlı qəhrəman qızın əxlaqını, vətənsevərliyini, Vətəni üçün ölməyə hazır olduğunu göstərmək istədiyini söyləyib.

N.Rəsulzadə həmçinin rejissor Ziya Şıxlinski ilə birgə Azərbaycanda keçirilən birinci Avropa Oyunlarını əks etdirən bədii ssenari üzərində də çalışdığını deyib. O, bu əsərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, mənəviyyatımızı, əxlaqımızı olduğu kimi göstərəcəyini və bunun vacib olduğunu bildirib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10